KASIBLIQ
kasibliq

Bəlli olduğu kimi, kasıblıq az qazanca görə insanın qidalanmaq, məskunlaşmaq, geyinmək, səhiyyə xidmətləri kimi əsas ehtiyaclardan yoxsul olmasıdır. İnkişaf etmiş texnologiyaya baxmayaraq, kasıblıq hazırkı dünyanın qarşısında dayanan ən böyük problemlərdən biridir. Afrika, Asiya, Cənubi Amerika və Şərqi Avropadakı insanların çoxu aclıq içində yaşayır. Müstəmləkəçilik və vəhşi kapitalizm dünyadakı gəlir nisbətinin geri qalmış və inkişaf etməkdə olan ölkələrin əleyhinə pozulmağına səbəb olmuşdur. Dünyadakı az saydakı xoşbəxt azlıq ehtiyaclarına artıqlaması ilə sahib olduğu halda, kasıblıq və yoxsulluğun gətirdiyi problemlərlə mübarizə aparan çoxlu sayda insan var.

Günümüzdə kasıblıq bütün dünyada çox ciddi ölçülərə gəlib çatmışdır. UNICEF-in son məlumatları da nəzərə alınsa, dünya əhalisinin dörddə biri təsəvvür edilməz sıxıntı və yoxsulluq şəraitində yaşayır. 1 milyard 300 milyon adam gündə 1 dollar, 3 milyard adam isə gündəlik 2 dollarla keçinir.12 Təxminən 1 milyard 300 milyon insan təmiz sudan, 2 milyard 600 milyon insan əsas səhiyyə xidmətlərindən yoxsuldur.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2000-ci ildəki məlumatlarına görə, 826 milyon insan kifayət qədər qidalanmır. Başqa bir ifadə ilə desək, hər 6 nəfərdən 1-i aclıq çəkir.

Qazanc paylanmasındakı ədalətsizlik də son bir neçə onillikdə həddin artıq dərəcədə, nəzərdə tutulandan da çox səviyyədə böyümüşdür. Birləşmiş Millətlər Təşkilatının mənbələri göstərir ki, 1960-cı ildə dünya əhalisinin ən kasıb 20 faizi ilə ən varlı 20 faizi arasındakı qazanc nisbəti 30 faiz olduğu halda, bu rəqəm 1995-ci ildə 82 faiz olmuşdur.15 Sosial ədalətdəki tənəzzülə bir misal da dünyanın ən varlı 225 şəxsinin sərvətinin dünya əhalisinin 47 faizinin illik qazancına bərabər hala gəlməsidir.

Statistik məlumatların göstərdiyi bu rəqəmlər həm də Peyğəmbərimizin (s.ə.v) bəhs etdiyi kasıblığın artacağı ilə bağlı xəbərinin də bir təzahürüdür. Axırzamanın ilk dövrünün əlamətləri olan kasıblıq və aclıq hədislərdə belə xəbər verilmişdir:

“Kasıblar çoxalacaq”. (“Ölüm-qiyamət-axirət və axırzaman əlamətləri”, səh. 455)

“Aclıq və həyatın bahalılığı çox yayılacaq”. (“Ölüm-qiyamət-axirət və axırzaman əlamətləri”, səh. 440)

Peyğəmbərimizin (s.ə.v) işarə etdiyi dövrün günümüzün şərtlərini təsvir etməsi aşkardır. Keçmiş əsrlərə nəzər salanda quraqlıq, müharibələr və ya fəlakətlər kimi səbəblərə görə çətinlik və sıxıntılar yaşandığı, lakin bunların keçici və bölgələrə xas səviyyədə qaldığı görünür. Halbuki, içində yaşadığımız əsrdə yaşanan kasıblıq və dolanışıq çətinlikləri qalıcı, sistemli və böyük ölçülü bir quruluşa malikdir.

Şübhəsiz, Rəbbimiz sonsuz şəfqət və mərhəmət sahibidir, insanlara zülm edən deyil. Ancaq insanlar etdikləri pislik və nankorluqlara görə yoxsulluq və sıxıntılara şərait hazırlayırlar. Əlbəttə, bu cür haqsız və kədərləndirici vəziyyət dini, əxlaqi və vicdani dəyərlərdən yoxsul, təkəbbürlülük və mənfəət əlaqələri üzərində qurulan bir dünya sisteminin qaçılmaz nəticəsidir.

İqtisadi böhran qiyamət əlamətlərindəndir

2007-ci ildə başlayan, 2008 və 2009-cu ildə şiddətini artıran və 2014-cü ilə qədər davam etməsi gözlənilən iqtisadi böhran Peyğəmbərimizin (s.ə.v) xəbər verdiyi əlamətlərdən biridir. Yüz minlərlə insanın işsiz qalmasına, yoxsulluğun ən yüksək həddə çatmasına, yüzlərlə şirkətin, hətta ölkələrin iflas etməsinə səbəb olan bu böhranla bağlı hədislərdən bəziləri bunlardır:

Bazarların təqarübü qiyamət əlamətlərindəndir. Dedim ki, “Bazarların təqarübü nə deməkdir?” Bunlardır: “Hər kəsin az qazancdan şikayət etməsi”. (İbni Mərduveyh əbu Hüreyrədən (r.ə) (Qiyamət əlamətləri, “Pamuk” nəşriyyatı, səh. 146)

Nuaym bin Həmmad ibni Məsuddan rəvayət edilən bir hədisdə hz. Mehdinin (ə.s) ortaya çıxmasından əvvəlki dövr ticarət və yolların kəsildiyi və fitnələrin çoxaldığı zaman şəklində təsvir edilir. Hədisin davamında isə hz. Mehdi (ə.s) dövründə bu fitnələrin sona çatacağı xəbər verilir:

“...Biz o (hz. Mehdi (ə.s)) şəxsi axtarmaq üçün gəldik ki, fitnələr onun əli ilə sönəcək. Konstantiniyyə (İstanbul) onunla fəth ediləcək. (Yəni hz. Mehdi (ə.s) mənən könülləri fəth edəcək, böyük mədəni və elmi təsir yaradacaq) Biz onu adı ilə, anasının, atasının adı ilə və ordusu ilə tanıyarıq...” (Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman, səh. 52)

Hz. Mehdinin (ə.s) zühurundan (ortaya çıxmasından) əvvəl bazar durğun olacaq, qazanclar azalacaq. (Qiyamət əlamətləri, səh. 148)

Hər kəs az qazancdan şikayət edəcək, pulları və var-dövlətləri üçün zənginlər hörmət görəcəklər. (Qiyamət əlamətləri, səh. 146)

Ticarət və yolların kəsildiyi və fitnələrin çoxaldığı zaman... (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 39-40)