QURANDA KAMİL İMAN SAHİBLƏRİ

Kamil iman sahiblərinin Quranda bildirilən xüsusiyyətlərindən bəziləri belədir:

- "Onlar iman gətirmiş və (Allah`dan) qorxmuşlar. (Yunis surəsi, 63)

- "…İmanlarına zülm qatışdırmayanlar…" (Ənam surəsi, 82)

- "…Ondan qorxur və Allah`dan başqa heç kəsdən qorxmurdular…" (Əhzab surəsi, 39)

- "…Onun qorxusundan tir-tir əsirlər" (Ənbiya surəsi, 28)

- "…“Rəbbimiz Allah`dır!”– deyib sonra düz yol tutanlar…" (Əhqaf surəsi, 13)

- "...“Allah bizə yetər. O, nə gözəl qoruyandır!”– dedilər". (Ali-İmran surəsi, 173)

- "…Allah anıldığı zaman qəlbi qorxuya düşər…" (Həcc surəsi, 35)

- "…Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər". (Rəd surəsi, 21)

- "…Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar…" (Nur surəsi, 55)

- "…Özlərinə nazil edilənə iman gətirir, Allah`ın ayələrini ucuz qiymətə satmırlar…" (Ali-İmran surəsi, 199)

- "Çünki onlar öz Rəbbi ilə qarşılaşacaqlarını və Ona qayıdacaqlarını yəqin bilirlər". (Bəqərə surəsi, 46)

- "O kəslər ki, haqq-hesab gününü təsdiq edirlər”. (Məaric surəsi, 26)

- "Qeybə iman gətirir…" (Bəqərə surəsi, 3)

- "…(Gələcək) o saatdan lərzəyə gəlirlər..." (Ənbiya surəsi, 49)

- "O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir…" (Bəqərə surəsi, 4)

- "…Axirətə də yəqinliklə inanırlar”. (Bəqərə surəsi, 4)

- "Kitabdan möhkəm yapışanlar..." (Əraf surəsi, 170)

- "…Namaz qılır…" (Bəqərə surəsi, 3)

- "O kəslər ki, namazlarında mütidirlər". (Muminun surəsi, 2)

- "O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar”. (Muminun surəsi, 9)

- "O kəslər ki, namazlarını həmişə qılırlar". (Məaric surəsi, 23)

- "…Qorxu və ümid içində öz Rəbbinə yalvarır". (Səcdə surəsi, 16)

- "...Ancaq Rəbbinə təvəkkül edənlərdir". (Nəhl surəsi, 42)

- "Ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar". (Muminun surəsi, 5)

- "O kəslərdir ki, zəkat verirlər". (Muminun surəsi, 4)

- "Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlər…" (Bəqərə surəsi, 274)

- "O kəslər ki, Rəbbinin üzünü diləyərək səbir edir…" (Rəd surəsi, 22)

- "O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar". (Məaric surəsi, 32)

- "Onlar Allah`ın risalətini təbliğ edir…" (Əhzab surəsi, 39)

- "…Pisliyi yaxşılıqla dəf edirlər…" (Rəd surəsi, 22)

- "…Yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur…" (Tövbə surəsi, 71)

- "O kəslər ki, şahidliklərində mətindirlər”. (Məaric surəsi, 33)

- "…Müti olan…" (Ali-İmran surəsi, 17)

- "…Sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir". (Ali-İmran surəsi, 17)

- "…Onlar bilə-bilə etdiklərinə görə israr etməzlər." (Ali-İmran surəsi, 135)

- "O kəslərdir ki, sözbazlıqdan qaçırlar” (Muminun surəsi, 3)

- "…İşləri barədə öz aralarında məsləhətləşir…" (Şura surəsi, 38)

- "O kəslər üçün ki, haqsızlığa məruz qaldıqda intiqam alırlar". (Şura surəsi, 39)

- "…Doğru danışan…" (Ali-İmran surəsi, 17)

- "…Gələnə səbir edər…" (Həcc surəsi, 35)

- "…Allah`dan lütf və razılıq diləyən..." (Fəth surəsi, 29)

- "O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi od əzabından qoru!”– deyirlər". (Ali-İmran surəsi, 16)

- "Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər". (Muminun surəsi, 61)

- "…Əlamətləri isə üzlərində olan səcdə izidir…" (Fəth surəsi, 29)

- "…İman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar". (Beyyinə surəsi, 7)

- "Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır". (Məaric surəsi, 35)