Hazırkı insanların qarşılaşdığı əsas problemlərdən biri də cəmiyyətin əsasını təşkil edən sosial quruluşlarındakı pozulmalardır. Cəmiyyətdəki zəiflik özünü müxtəlif şəkillərdə büruzə verir. Ailələrin dağılması, boşanmaların sayının artması və kəbinsiz körpələr ailə quruluşundakı zəifliyin təbii nəticəsidir. Problemlər, narazılıq, narahatçılıq, qorxu və xaos insanların çoxunun həyatını sanki darmadağın edir. Mənəvi boşluq içində olan insanlar bunların səbəblərini axtararkən spirtli içki və narkotik maddələr bataqlığına düşür və ya qaranlıq yollara gedir. Bunun həlli yolunun olmadığını düşünən bəzi insanlar da intiharı axırıncı çarə olaraq qəbul edirlər. Cəmiyyətdəki əxlaq normativlərinin zəifləməsinin mühüm göstəricilərindən biri də qanunlara qarşı çıxma hallarının çoxalmasıdır. Cinayətlərin nisbətindəki artım da mütəxəssisləri çaş-baş salmışdır. Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Cinayətlərin Qarşısını Almaq Mərkəzinin hazırladığı “Universal cinayət və ədalət raportu”nda bütün dünya ölkələrinə şamil olan bu məlumatlar mövcuddur: cinayətlərin nisbətindəki artım 1980-ci illərdə olduğu kimi, 1990-cı illərdə də böyük olmuşdur. Dünyanın harasında olursa-olsun, beş illik bir mərhələdə böyük şəhərlərin əhalisinin 2/3 hissəsi cinayət sayılan davranışlara ildə ən azı bir dəfə hədəf olur.
Cahanşümul olaraq ciddi cinayətlərə (soyğunçuluq, cinsi təcavüz zəminindəki cinayətlər, hücum) hədəf olmaq nisbəti 1/5-dir. Bölgə fərqi olmadığı halda, gənclərin kateqoriyasındakı mülkiyyətə qarşı olan cinayətlər və terror cinayətlərinin hər ikisi iqtisadi çətinliklərlə əlaqəlidir. Son illərdə qeyri-qanuni narkotik maddə növlərinin sayı çoxalmış və növləri da artmışdır.
Qeyd edilən bu hadisələrdə, əslində, təəccüblü bir şey də yoxdur. Belə bir sosioloji vəziyyətin səbəbləri Quranda keçmiş millətlərlə bağlı hekayətlərdə açıq şəkildə bəhs edilir. Sosial əxlaq pozuntuları və buna bağlı olaraq ortaya çıxan hər cür problemlər insanların Allah`ı və yaradılışlarının məqsədini yaddan çıxarmasının, haqq dindən və mənəvi dəyərlərdən uzaqlaşmasının nəticələridir.
Cəmiyyətdəki dağıntının ünsürləri həmçinin Peyğəmbərimizin (s.ə.v) 14 əsr əvvəl xəbər verdiyi, günümüzdə də nöqsansız olaraq ortaya çıxan inkişafdır. Hz. Muhəmmədin (s.ə.v) “insanların ixtilaf və ictimai (sosial) sarsıntılar içində olduqları zaman” (“Ramuz əl-əhadis”, 7/7) olaraq bizə tərif etdiyi axırzamanın ilk dövrü ilə əlaqəli hədislər bu cürdür.
Hədislərdən aydın olur ki, cəmiyyətdəki pis insanların çoxalması, etibarlı olduğu güman edilən bəzi insanların, əslində, yalançı və yalançı kimi tanınan bəzi insanların isə həqiqətdə etibarlı insan olduğu axırzamanın bir xüsusiyyətidir:
“İnsanların üzərində aldadıcı illər gələcək. O illərdə xainə etimad ediləcək, dürüst adam xain sayılacaq”. (“Ölüm-qiyamət və diriliş”, səh. 476)
“Pislərin çoxaldıqca çoxalması, yalançıların doğru qəbul edilib doğruların yalançı sayılması, xainlərin etibarlı, etibarlı insanların xain sayılması... qiyamətin əlamətlərindəndir”. (“Son zamanlarla bağlı hədislər”, səh. 92)
“Dünyada alçaq oğlu alçaqlar insanların ən bəxtəvəri olana qədər qiyamət qopmayacaqdır”. (Tirmizi, “Fitən”, 37)
Dinimizin qayda-qanunlarına uyğun əldə edilmiş qazancla etibarlı insanların azalacağı hədisdə belə bildirilmişdir:
“Axırzamanda ümmətim arasında ən az olacaq şey halal pul və etibar edilən yoldaşdır”. (Suyuti, “Camius-səğir”, 2/71)
Həqiqi şahidliyin gizlənməsi, yalançı şahidliyin və böhtanın isə geniş vüsət alması da qiyamətin əlamətlərindəndir:
“Böhtanın yayılması qiyamətin əlamətlərindəndir”. (“Ölüm-qiyamət və axırzaman əlamətləri”, səh. 450)
Cəmiyyətdəki yeganə üstünlük ölçüsünün zənginlik olması hörmətin insanın imkanına bağlı olmasının bir qiyamət əlaməti olduğu belə bildirilmişdir:
“Zənginə etibar edilib özündən daha üstün insanlar onun üçün ayağa qalxanda və ona salam verəndə... demək ki, qiyamət yaxınlaşmışdır”. (“Ölüm-qiyamət və diriliş”, səh. 480-481)
İnsanlar arasındakı sosial əlaqələrin pozulmasının da bir işarə olduğu hədislərdəki təsvirlərdən aydın olur:
“Salam xalqa deyil, xüsusi adamlara verilənə... qədər qiyamət qopmaz”. (Ölüm-qiyamət və axırzaman əlamətləri”, səh. 470)
“İnsanın ancaq tanıdığı adamlara salam verməsi... qiyamətin əlamətlərindədir”. (“Ramuz əl-əhadis”, 121/4)
Vəzifənin, məsuliyyətin işin əhli olmayanlara verilməsinin nəticələri də aşağıdakı hədisdə belə vurğulanır:
“İş əhli olmayana veriləndə artıq qiyaməti gözlə!” (Zəbidi, “Təcridi-sərih”, 12/201)
Ailə, qohumluq və qonşuluq əlaqələrinin pozulması, fərdlər arasındakı sosial və mənəvi dəyərlərin itməsi bu dövrün başqa bir xüsusiyyətidir:
“İnsanın anasına üsyan etməsi, atasına əziyyət etməsi...” (Tirmizi, “Fitən ”, 38)
“Qiyamətdən əvvəl... qohumlarla əlaqələr kəsilir”. (“Ramuz əl-əhadis”, 448/7)
“Qonşuların arasında narazılıqların yayılması qiyamətin əlamətlərindəndir”. (“Son zamanlarla bağlı hədislər”, səh. 86)
Gənclərin hirsli olmaları, uşaqlarla yetkin insanların arasındakı sevgi və sayğı əlaqələrinin pozulması hədislərdə belə xəbər verilir:
“Böyüklər kiçiklərə mərhəmət göstərməyəndə, kiçiklər də böyüklərinə hörmət etməyəndə... uşaqlar hirsli olanda... qiyamət yaxınlaşacaqdır”. (“Ölüm, qiyamət və diriliş”, səh. 480)
Hədislər göstərir ki, ailə quruluşundakı pozulmaya uyğun olaraq boşanma və evli olmadıqları halda, doğulan uşaqların sayının artması da axırzaman cəmiyyətlərinin bir özəlliyidir.
“Boşanmaların çoxalması... qiyamət əlamətlərindəndir”. (“Ölüm-qiyamət və diriliş”, səh. 455)
“Qiyamət yaxınlaşanda... qanunsuz əlaqələrdən doğulan uşaqlar çoxalar”. (“Ramuz əl-əhadis”, 33/7)
Materialist fəlsəfəsinin və dünyagörüşlərinin təsiri ilə insanların axirəti yaddan çıxarmaları, çox böyük həvəslə dünyaya bağlanmaları qiyamətdən əvvəlki dövrün bir vəsfidir:
“Qiyamət yaxınlaşdı. Halbuki, insanlar dünyaya qarşı ancaq həvəslərini artırır, Allah`dan da uzaqlaşırlar”. (Suyuti, “Camius-səğir”, 2/57)
Bir-birinə qarşı qaba, söyüş və küfr sözlərlə səslənən insanların vəziyyəti hədisdə belə ifadə edilmişdir:
“Son dövrlərdə törəyən, bir-biri ilə qarşılaşanda salamlaşmaları lənətləşməkdən ibarət olan sərxoş və asi bir nəsil (ortaya çıxmayana qədər)...” (“Son zamanlarla bağlı hədislər”, səh. 54)
Bu dövrün başqa bir xüsusiyyəti də dedi-qodu və lağ etməyin böyük rəğbətlə qarşılanmasıdır:
“Dedi-qoduçuların, qeybətçilərin və lağ edənlərin çoxalması qiyamətin əlamətlərindəndir”. (“Son zamanlarla bağlı hədislər”, səh. 93)
Yaltaqlara cəmiyyət arasında etibar edilməsi də belə xəbər verilmişdir:
“Qiyamət yaxınlaşanda... həmin dövrün ən etibarlıları yaltaqlıq və ikiüzlülük edənlərdir”. (“Son zamanlarla bağlı hədislər”, səh. 97)
“Mal-qaranın dilləri ilə yalayaraq yedikləri kimi dolanışıqlarını dilləri ilə təmin edən bəzi insanlar ortaya çıxmayana qədər qiyamət qopmaz”. (“Son zamanlarla bağlı hədislər”, səh. 101)
Axırzamanda tez-tez rast gəlinən bir vəziyyət də ticarət həyatında saxtakarlığın və rüşvətin adi hala gəlməsidir:
“Qiyamət yaxınlaşanda... ölçü və tərəzilərdə hiylə edilər”. (“Ramuz əl-əhadis”, 33/7)
“Rüşvətlərin alınması... qiyamətin əlamətlərindəndir”. (“Ölüm-qiyamət-axirət və axırzaman əlamətləri”, səh. 454)
Peyğəmbərimiz (s.ə.v) axırzamanda cinayətlərin artımını belə bildirmişdir:
“Cinayətlər artmadıqca... qiyamət qopmaz”. (“Ölüm-qiyamət və diriliş”, səh. 468)