İSLAM ƏXLAQININ DÜNYAYA HAKİM OLMASI

Quranda tez-tez vurğulanan məsələlərdən biri də azğınlığına və üsyanlarına görə Allah`ın məhv etdiyi xalqlar və onların taleyindən nəticə olaraq alınan ibrətamiz hadisələrdir. Bəhs edilən keçmiş xalqlarla günümüzdəki xalqlar arasında oxşarlıqların çox olması danılmaz həqiqətdir. Hətta günümüzdə də öz cinsi azğınlıqları ilə tanınan Lut xalqı, hiyləgərliklə aldadan və saxtakarlıqla məşğul olan Mədyən xalqı, başqalarına lağ edən və özünü bəyənən Nuh xalqı, üsyankar və azğın Səmud xalqı, nankor İrəm xalqı və məhv edilmiş digər xalqların hərəkətlərini də üstələmiş insanlar yaşayır. Aydın məsələdir ki, bütün bu əxlaqsızlıqların arxasında insanın Allah`ı və yaradılışın məqsədini unutması amili durur.

İçində yaşadığımız dövrdəki cinayət, sosial ədalətsizlik, insanların bir-birini aldatması, oğurluq hadisələri və əxlaqi degenerasiya kimi hallar bəzi insanları ümidsizliyə salır. Ancaq yaddan çıxarmaq olmaz ki, Allah Quranda rəhmətindən ümid kəsilməməsini əmr etmişdir. Ümidsizlik, qorxaqlıq möminə xas olan xüsusiyyətlər deyil. Allah şərik qoşmayaraq Ona qulluq edən, Onun razılığını qazanmağa çalışaraq xeyirli işlər görən möminləri güc və iqtidar sahibi, yer üzünün varisləri edəcəyini müjdələyir:

“Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, möminlər üçün onların Allah`ın özünün bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir!” (“Nur”, 24/55)

Haqq dini səmimiyyətlə yaşayan saleh bəndələrin yer üzünün varisləri edilməsinin Allah`ın bir qanunu olduğu ayələrdə belə bildirilir:

“Biz zikrdən sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin varis olacağını yazmışdıq” (“Ənbiya”, 21/105).

“Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu, məqamımdan və əzabımdan qorxanlara aiddir!” (“İbrahim”, 14/14)

“Sizdən əvvəl neçə-neçə nəsilləri peyğəmbərləri aşkar möcüzələrlə gəldikləri halda zülm etdikləri və iman gətirmədikləri zaman məhv etdik. Biz günahkarları belə cəzalandırırıq. Onların ardınca yer üzünün varisləri sizi təyin etdik ki, görək özünüzü necə aparacaqsınız” (“Yunis”, 10/13-14).

“Musa öz tayfasına: “Allah`dan kömək diləyin və səbir edin. Yer üzü Allah`ındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət müttəqilərindir!” - dedi. Dedilər: “Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!” Musa onlara belə cavab verdi: “Bəlkə də Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə baxacaq!”” (“Əraf”, 7/ 128-129)

“Allah: “And olsun ki, Mən və peyğəmbərlərimi qalib gələcəyik!” - deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüdrət və qüvvət sahibidir!” (“Mücadilə”, 58/21)

Yuxarıdakı ayələrdə verilən müjdə ilə yanaşı, Allah möminlərə çox mühüm bir vəd də verir. İslam dininin bütün dinlərə üstün etmək üçün insanlara göndərdiyi Quranda belə bildirilir:

“Onlar Allah`ın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, Öz nurunu tamamlamaq istər. Müşriklərin xoşuna gəlməsə də, (İslamı) bütün dinlərin fövqündə göstərmək üçün peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!” (“Tövbə”, 9/32-33)

“Onlar Allah`ın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də - Öz nurunu tamamlayacaqdır! Müşriklərin xoşuna gəlməsə də, İslamın bütün dinlərdən üstün olduğunu göstərmək üçün Öz peyğəmbərini doğru yolu göstərən rəhbərlə və haqq dinlə göndərən Odur!” (“Səff”, 61/8-9)

Azğın fəlsəfələri, çaşqın ideologiyaları və batil dini anlayışları aradan götürəcək, insanları qaranlıqlardan aydınlığa çıxaracaq gözəl əxlaq yalnız İslam əxlaqıdır.

Yuxarıdakı ayələrdə də vurğulandığı kimi, inkarçıların və müşriklərin bu böyük hadisənin qarşısına keçib ona əngəl ola bilməsi isə mümkün deyil (bu mövzuda ətraflı məlumatı Harun Yəhyanın “Qəzəl Əsr” adlı kitabından oxuya bilərsiniz). İslam əxlaqının tam mənası ilə yaşanacağı bu dövr sevginin, fədakarlığın, yardımlaşmağın, dürüstlüyün, sosial ədalətin və əmin-amanlığın hakim olacağı bir zaman olacaq. Cənnətə oxşayan xüsusiyyətlərinə görə “Qızıl Əsr” adlandırılan belə bir dövr bu günə qədər yaşanmayıb. Bu müqəddəs dövr qiyamətdən əvvəl olacaq. Hazırda, Allah`ın müəyyən etdiyi vaxtı gözləyirik.