İnsanın təkamülü nağılı

Təkamül nəzəriyyəsini müdafiə edənlərin ən çox gündəliyə gətirdikləri mövzu insanın mənşəyi mövzusudur. Bu mövzudakı darvinist iddia bu gün yaşayan müasir insanın meymunabənzər bəzi varlıqlardan gəldiyini fərz edir. 4-5 milyon il əvvəl başladığı fərz edilən bu müddətdə müasir insanla ataları arasında bəzi ara nümunələrin yaşadığı iddia edilir. Həqiqətdə tamamilə xəyali olan bu ssenaridə dörd təməl kateqoriya sayılır:

1-Australopithecus

2-Homo habilis

3-Homo erectus

4-Homo sapiens

Təkamülçülər insanların sözdə ilk meymunabənzər atalarına “cənub meymunu” mənasını verən australopithecus adını verirlər. Bu canlılar həqiqətdə soyu tükənmiş bir meymun növündən başqa bir şey deyil. Məşhur ingilis və amerikalı iki anatomiyaçı Lord Solli Zukerman və prof. Çarlz Oksnardın australopithecus nümunələri üzərində apardığı çox geniş əhatəli tədqiqat bu canlıların yalnız soyu tükənmiş bir meymun növünə aid olduğunu və insanlarla heç bir bənzərliklərinin olmadığını göstərmişdir. (Charles E. Oxnard, "The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt", Nature, c. 258, səh. 389)

Təkamülçülər insan təkamülünün bir sonrakı mərhələsini də homo, yəni insan olaraq sinifləndirirlər. İddiaya görə, homo ardıcıllığındakı canlılar australopithecuslardan daha çox inkişaf etmişlər. Təkamülçülər bu fərqli canlılara aid fosilləri ard-arda düzərək xəyali bir təkamül sxemi meydana gətirirlər. Bu sxem xəyalidir, çünki həqiqətdə bu fərqli siniflər arasında təkamüli bir əlaqənin olduğu qətiyyən isbat edilə bilməmişdir. Təkamül nəzəriyyəsinin 20-ci əsrdəki ən əhəmiyyətli müdafiəçilərindən biri olan Ernst Mayr: “Homo sapiensə uzanan zəncir həqiqətdə itmişdir”, - deyərək bunu qəbul edir. (J. Rennie, "Darwin's Current Bulldog: Ernst Mayr", Scientific American, dekabr 1992)

Təkamülçülər “australopithecus > homo habilis > homo erectus > homo sapiens” sıralamasını yazarkən bu növlərin hər birinin bir sonrakının atası olduğu təəssüratını verirlər. Halbuki, paleoantropoloqların son tapıntıları australopithecus, homo habilis və homo erectusun dünyanın fərqli bölgələrində eyni dövrlərdə yaşadıqlarını göstərir. (Alan Walker, Science, c. 207, 1980, s. 1103; A. J. Kelso, Physical Antropology, 1. baskı, New York: J. B. Lipincott Co., 1970, s. 221; M. D. Leakey, Olduvai Gorge, c. 3, Cambridge: Cambridge University Press, 1971, səh. 272)

Bundan başqa, homo erectus sinifləməsinə aid insanların bir hissəsi müasir dövrlərə qədər yaşamış, homo sapiens, neandertalensis və homo sapiens sapiens (müasir insan) ilə eyni mühitdə yan-yana olmuşlar. (Time, noyabr 1996)

Bu isə, əlbəttə, bu siniflərin bir-birlərinin ataları olduğu iddiasının əsassızlığını açıq şəkildə ortaya qoyur. Harvard Universitetinin paleontoloqlarından Stiven Cey Quld özünün də bir təkamülçü olmasına baxmayaraq, darvinist nəzəriyyənin düşdüyü bu çıxılmaz vəziyyəti belə açıqlayır:

Əgər bir-biri ilə paralel şəkildə yaşayan üç fərqli hominid (insana xas) xətti varsa, o halda, bizim soy ağacımıza nə oldu? Açıqdır ki, bunların biri digərindən gələ bilməz. Bundan başqa, biri digəri ilə müqayisə edildiyində təkamüli bir inkişaf tərzi göstərmirlər. (S. J. Gould, Natural History, c. 85, 1976, səh. 30)

Qısası, media və dərsliklərdə yer alan bir neçə xəyali “yarı meymun, yarı insan” canlılarının cizgiləri ilə, yəni sırf təbliğat yolu ilə canlı tutulmağa çalışılan insanın təkamülü ssenarisi heç bir elmi əsası olmayan nağıldan ibarətdir. Bu mövzunu uzun illər araşdıran, xüsusilə australopithecus fosilləri üzərində 15 il tədqiqat aparan İngiltərənin ən məşhur və hörmətli alimlərindən Lord Solli Zukerman bir təkamülçü olmasına baxmayaraq, ortada meymunabənzər canlılardan insana uzanan həqiqi bir soy ağacı olmadığı nəticəsinə gəlmişdir.

Zukerman bir də maraqlı elm şkalası tərtib etmişdir. Elmi olaraq qəbul etdiyi bilik sahələrindən elmdən kənar qəbul etdiyi bilik sahələrinə qədər bir yelpik hazırlamışdır. Zukermanın bu cədvəlinə görə, ən elmi (yəni konkret məlumatlara əsaslanan) bilik sahələri kimya və fizikadır. Yelpikdə bunlardan sonra biologiya elmləri, sonra da ictimai elmlər gəlir. Yelpiyin ən aşağısında, yəni ən elmdən kənar sayılan hissəsində isə Zukermana görə telepatiya, altıncı hiss kimi duyğu sonrası qəbul etmə anlayışları və bir də insanın təkamülü vardır! Zukerman yelpiyin bu yerini belə açıqlayır:

“Obyektiv həqiqətin sahəsindən çıxıb bioloji elm olaraq fərz edilən bu sahələrə (yəni duyğu sonrası qəbul etməyə və insanın fosil tarixinin şərh olunmasına) girdiyimizdə təkamül nəzəriyyəsinə inanan bir adam üçün hər şeyin mümkün olduğunu görərik. Belə ki, nəzəriyyələrinə qəti inanan bu adamların ziddiyyətli bəzi qərarların eyni anda qəbul etmələri belə mümkündür”. (Solly Zuckerman, Beyond The İvory Tower, New York: Toplinger Publications, 1970, səh. 19)

Budur, insanın təkamülü nağılı da nəzəriyyələrinə kor-koranə inanan bəzi insanların tapdıqları bəzi fosilləri birtərəfli şəkildə izah etmələrindən ibarətdir.