Quranın 54-cü surəsinin adı “Qəmər”dir. Bunun Azərbaycan dilində mənası “ay” deməkdir. Bu surənin çox yerində göndərilən peyğəmbərlərin xəbərdarlıqlarını yalan sayan Nuh, Ad, Səmud və Lut xalqının, fironun və yaxınlarının başına gələn müsibətlərdən bəhs edilir. Həmçinin birinci ayədə qiyamətin vaxtı ilə əlaqəli çox mühüm bir mesaj verilir:
“Saat yaxınlaşdı, ay parçalandı” (“Qəmər”, 54/1).
Ayədə işlədilən “parçalanmaq” feli ərəb dilində “şaqqa”dır. Ərəb dilində bu kəlmənin müxtəlif mənaları var. Bəzi Quran təfsirlərində “iki yerə parçalanmaq” mənası qəbul edilmişdir. Bununla yanaşı, “şaqqa” kəlməsi ərəb dilində “torpağı belləmək”, “torpağı qazmaq” mənalarına da gəlir. İkinci mənaya misal olaraq “Əbəsə” surəsinin 26-cı ayəsini göstərə bilərik:
“Həqiqətən, Biz yağışı bol yağdırdıq. Sonra yeri yardıqca yardıq. Belə ki, oradan dən göyərtdik: üzüm və yonca, zeytun və xurma bağları” (“Əbəsə”, 80/25-29).
Aşkar göründüyü kimi, bu ayədəki “şaqqa” ifadəsi “yerin iki yerə parçalanması” mənasında deyil, “müxtəlif bitkilərin cücərməsi üçün torpağın bellənərək yarılması” mənasında işlədilmişdir.
Burada 1969-cu ilə qayıdanda Quranın çox böyük bir möcüzəsi ilə qarşılaşırıq. “Qəmər” surəsində 14 əsr qabaq xəbər verilən ayə 1969-cu il, iyul ayının 20-də Ayın səthində düşmək nəticəsində öz təsdiqini bir daha tapmışdır. Amerikalı astronavtların Ayda addımlaması, Ayın torpağında elmi tədqiqatlar aparması, oradan daş və torpaq nümunələri götürməsi Ayın yarılması ayəsindəki ifadələrə uyğun gəlir. Astronavtlar Ayın səthində olduqları müddət ərzində elmi araşdırmalar və təcrübələr aparmış, 22 kiloqram ağırlığında daş və torpaq nümunələri toplamışdılar. Bu nümunələr sonralar böyük marağa səbəb olmuşdu. NASA-nın raportlarında xalqın Aydan gətirilən bu nümunələrə göstərdiyi marağın XX əsrdəki digər kosmik araşdırmalara göstərilən maraqdan daha böyük olduğu bildirilmişdir.
Bununla yanaşı, 2009-cu ilin oktyabr ayında bu ayədə bildirilən hadisəyə işarə edən bir olay yaşanmışdır. Ayda su axtarışları aparan NASA Ayı bombalamış və 9000 km-lik sürətlə gerçəkləşən bu toqquşmanın təsiri ilə 350 ton ağırlığında toz buludu əmələ gəlmişdir. Yəni Ayın üzəri bir dəfə yenə yarılmışdır. Ayədə xəbər verildiyi kimi, saatın, yəni hz. İsa (ə.s) və hz. Mehdinin (ə.s) zühurunun, dəbbətül-ərzin çıxmasının və qiyamətin qopmasının yaxınlaşdığı bir vaxtda Ay yarılmışdır. Göründüyü kimi, ayədə Peyğəmbərimizin (s.ə.v) Allah`ın təqdiri ilə göstərdiyi Ayın yarılması möcüzəsindən başqa söz mövzusu hadisələrə də işarə edilir.
Bunu da qeyd etməliyik ki, bəhs edilən əlaməti xəbər verən ayələrin arxası ilə çox mühüm bir xəbərdarlıq gəlir. Bu ayələrdə Allah`ın dərgahından gələn işarələrin insanları qəflət və xətalardan özlərinə gəlməsinə səbəb olacaq böyük fürsət olduğu, bu xəbərdarlıqları gördükləri halda pis, dəhşətli bir gün olaraq tanıdılan qiyamət günü dirildiləndə peşman olacaqları xatırladılır:
“Saat yaxınlaşdı, ay parçalandı. Əgər onlar bir möcüzə görsələr, üz döndərib: “Bu uzun müddət davam edən bir sehrdir!” - deyərlər. Onlar təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki, hər bir iş qərarlaşdırılmışdır! And olsun ki, onlara çəkindirən neçə-neçə xəbərlər gəlmişdir. Olduqca böyük hikmətdir. Lakin qorxutmalar, öyüd-nəsihət heç bir fayda verməz! Artıq sən onlardan üz çevir. Carçının onları olduqca pis, dəhşətli bir şeyə çağıracağı günü gözlə! Onlar gözlərini zəlilanə aşağı dikib səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar. Kafirlər carçıya tərəf tələsərək: “Bu, nə çətin bir gündür!” - deyəcəklər” (“Qəmər”, 54/1-8).